Avq 15, 2020 08:30 Asia/Baku
  • ABŞ-ın BMT-dəki ağır məğlubiyyəti

ABŞ-ın BMT-dəki İrana qarşı silah embarqosunun uzadılmasına dair cəhdi fiaskoya uğrayıb.

Səhər Azəri Azəri bildirir ki, ABŞ-ın təklif etdiyi İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnamə layihəsi iki səs lehinə, iki səs əleyhinə və 11 bitərəf səslə təsdiq edilməyib.

İRİB-in məlumatına görə, bu qətnamə layihəsini ABŞ və Dominikan Respublikası dəstəkləyib, Rusiya və Çin ona qarşı çıxıb, qalanları isə bitərəf qalıb. 

Beləliklə Əhatəli Müştərək Təşəbbüs proqramına əsasən, İrana qarşı silah embarqosunun müddəti cari ilin oktyabr ayında sona çatacaq.

ABŞ Dövlət Katibi Mayk Pompeo bu ölkənin Təhlükəsizlik Şurasındakı(TŞ) ağır məğlubiyyətdən sonra bir bəyanatda, iddia edib ki, bu şura İrana qarşı 13 illik silah embarqosunun uzadılmasına dair məntiqli bir qətnaməni rədd edib.

Pompeo bu bəyanatda, Vaşinqtonun silah embarqosunun uzadılmasına dair geniş səylərinin fiaskoya uğramasından ümidsilik və hiddətinin nişanəsi olaraq, İran İslam Respublikasına qarşı əsassız ittihamlarını bir daha təkrarlayıb və Vaşinqtonun bununla bağlı səylərini davam etdirəcəyini iddia edib.

ABŞ hökuməti avqustun 11-də BMT-nin Təhlükəsizlik Şurasına İrana qarşı silah sanksiyalarının uzadılmasına çağıran modifikasiya edilmiş bir qətnamə layihəsi təqdim edib.

ABŞ hökuməti avqustun 11-də Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosunun uzadılmasını tələb edən bir qətnaməni səsverməyə qoymaq niyyətində idi, lakin təsdiqlənməsi üçün heç bir yolun olmadığını gördükdə, onun mətnində geniş islahatlara əl atdı.

Bununla belə Təhlükəsizlik Şurasının böyük əksəriyyəti sözü gedən qətnamə layihəsinə qarşı çıxdılar, çünki onun təsdiqlənməsini Nüva Anlaşmasına qarşı açılan son atəş kimi, dəyərləndirirdilər.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun Nüvə Anlaşması qarşısındakı bütün öhdəliklərini pozaraq, ölkəsinin birtərəfli qaydada bu beynəlxaq anlaşmadan şıxmasını elan, və nüvə sanksiyalarını yenidən bərpa etdi.

ABŞ-ın bu hərəkəti geniş daxili və beynəlxalq qınağa səbəb oldu.

Teqlər