Avq 15, 2020 14:30 Asia/Baku
  • Belarusda gərginlik artır \ Lukaşenko xariciləri günahlandırdı

Aleksandr Lukaşenko Belarus xalqını cümə günü evdə qalmağa dəvət edərək, onlardan xaricdən himayə olunan inqilabın "qurbanı" olmamalarını istəyib.

Səhər Azəri bildirir ki, Belarus prezidenti bu sözləri xalq etirazlarının altıncı günündə gərginliyi azaltmaq məqsədilə deyib. 

Röyters-in məlumatına görə, Lukaşenko Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq küçələrə axın edən insanları cilovlamaq, onları dağılışmağa məcbur etmək üçün gücdən istifadə etməsinə baxmayaraq, buna nail ola biməyib. 

Müxalifət liderlərindən Svetlana Tixonovskaya artan təzyiqlərin ardınca ölkəni tərk edərək, Litvaya qaçmağa məcbur olub. O, xalqı etiraz aksiyalarını davam etdirməyə və səslərin yenidən sayılması tələbini irəli sürməyə dəvət edib. 

Hakimiyyətdə olduğu 26 ildə ilk dəfə bu qədər böyük problem ilə üzləşən Lukaşenko isə geri addım atmaq niyyətində deyil. 

O, televiziya vasitəsilə etdiyi müraciətdə xalqı evdə qalmağa dəvət edərək, deyib: Başa düşün ki, siz və övladlarınız "yem" kimi sui-istifadəyə məruz qalıbsınız. 

Polşa, Hollandiya, Ukrayna və Rusiyadan insanların Belarusa axın etdiyini deyən Lukaşenko əlavə edib: Ölkə artıq hücum altındadır. Və anti-Kreml qüvvələr problemlər yaratmağa çalışırlar. 

Belarusda artan gərginlik indiyə kimi iki nəfərin ölməsi, minə yaxın insanın yaralanması və həbs olunması ilə nəticələnib. 

Teqlər