Avq 15, 2020 19:46 Asia/Baku
  • Lukaşenko: Belarusun qanuni dövləti var və vasitəçiyə ehtiyacı  yoxdur

"Belarus qanuni dövlətə malikdir və son olaylarla bağlı kiminsə vasitəçiliyinə ehtiyac yoxdur"

Səhər Azəri bildirir ki, bu sözləri Belarusun prezidenti Aleksandr Lukaşenko bu gün şənbə söyləyib. 

Bu məlumata görə, Aleksandr Lukaşenko ölkəsindəki son olaylarla bağlı bəzi xarici ölkə rəsmilərinin vasitəçilikdən söz açmalarına reaksiya verib. 

Belarusda keçirilən son prezident seçkilərinin ardınca Lukaşenkonun müxalifləri küçələrə axın edərək, seçkilərin nəticəsinə etiraz etməyə başlayıblar. Bu etirazlar müxalifət liderlərindən Svetlana Tixanovskayanın çağırış etməsinin ardınca formalaşıb. 

Belarus rəsmiləri etiraz aksiyalarının yatırılması zamanı çıxan qarşıdurmada 2 nəfərin ölməsi və 6700 nəfərin həbs olunması xəbərini təsdiq ediblər. 

Teqlər