Avq 16, 2020 12:45 Asia/Baku
  • ABŞ rəsmiləri Vaşinqtonun itirilmiş imicini bərpa etməyə çalışırlar

ABŞ rəsmiləri təhdid xarakterli açıqlamalar verərək, Təhlükəsizlik Şurasındakı rüsvayçılığı ört-basdır etməyə çalışırlar.

Səhər Azəri bildirir ki, ABŞ rəsmiləri İran əleyhinə silah sanksiyalarının müddətinin uzadılmasına dair qətnamənin BMT Təhlükəsizlik Şurasındakı məğlubiyyətinin ardınca təhdid xarakterli açıqlamalarla bu rüsvayçılığın şokundan xilas olmağa çalışırlar. 

Əl-Cəzirə kanalının məlumatına görə ABŞ hətta, ən yaxın müttəfiqləri tərəfindən belə bu qətnamə üçün dəstək əldə edə bilmədi. Və İrana qarşı təzyiq siyasətində uğursuz  olması Vaşinqtonu sarsıdıb. 

Bəzi analitiklər bildirirlər ki, ABŞ-ın çıxmasına rəğmən Nüvə Anlaşması hələ də aktiv anlaşmadır və tərəflər onun ölməsinə imkan vermirlər. 

Əl-Cəzirə həmçinin bildirir: Vaşinqton bundan öncə də Təhlükəsizlik Şurasında bir sıra məğlubiyyətlərin şahidi olub. Lakin, bu dəfəki məğlubiyyət ABŞ diplomatiyası üçün misilsiz idi. 

Teqlər