Avq 16, 2020 16:27 Asia/Baku
  • Rusiya: ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair səylərinin heç bir əsası yoxdur

Rusiyanın beynəlxalq təşkilatlardakı səfiri ABŞ-ın İran əleyhinə silah embarqosunun müddətinin uzadılmasına dair səylərinin Təhlükəsizlik Şurasında uğursuzluğa uğramasına işarə edərək, bunu əsası olmayan bir hərəkət adlandırıb.

Səhər Azəri bildirir ki, bu sözləri Rusiyanın beynəlxalq təşkilatlardakı səfiri Mixail Ulyanov deyib.

M.Ulyanov ABŞ Dövlət Departamentinin bəyanatını öz Tvitter səhifəsində paylaşaraq, yazıb: ABŞ daha öncə də "ən yaxşı məkan"ı (Təhlükəsizlik Şurası) sınamış və uğursuz qalmışdı. Zira, İran əleyhinə silah embarqosunun müddətinin uzadılması Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir. 

ABŞ Dövlət Departamenti bir bəyanat yayaraq, Rusiya prezidenti Vladimir Putinin ixtilafların araşdırılması məqsədilə Təhlükəsizlik Şurasının daimi üzvləri habelə, İran və Almaniyanın iştirakı ilə fövqəladə iclasın keçirilməsinə dair təklifinə cavab olaraq bildirmişdi ki, Vaşinqton İrana qarşı sanksiyaların müddətini uzatmaq üçün "ən yaxşı məkanı" münasib hesab edir. 

Teqlər