Avq 16, 2020 23:14 Asia/Baku
  • Rusiya Belarusa köməyə hazırdır

Rusiya prezidenti bildirib ki, Moskva Minskə hərbi qüvvə göndərməyə hazırdır.

Səhər Azəri bildirir ki, Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon əlaqəsində bildirib ki, iki ölkə arasındakı müahidəyə əsasən, Moskva lazım gələr və xarici təzyiq artarsa, Belarusa hərbi kömək göndərməyə hazırdır.

Lukaşenko bu gün xəbərdarlıq edibdir ki, NATO-nun tankları və təyyarələri Belarus-Polşa sərhədləri yaxınlığında sıraya düzülməkdədirlər.

Belarus prezidenti dünən də Putinlə telefon əlaqəsindən sonra demişdi ki, lazım olan halda Rusiyanın Belarusda təhlükəsizliyin qorunmasına köməyi barədə razılıq əldə olunub.

Rusiyanın Avropa ölkələrinə uzanan qaz kəmərləri Belarusdan keçir. Digər tərəfdən, Moskva bu ölkəni özü ilə NATO-nun müttəfiqləri arasında vasitə səddi hesab edir.

Belarusda seçkilərin bitməsindən və Aleksandr Lukaşenkonun seçkilərdə bir daha qalib gəldiyinin elan olunmasından sonra onun seçkilərdə məğlub olmuş rəqibi Svetlana Tixanovskayanın tərəfdarları Belarus şəhərlərinin küçələrinə axışaraq, seçkilərin keçirilmə tərzinə etiraz edib, polislə toqquşdular.

Teqlər