Avq 17, 2020 17:15 Asia/Baku
  • Rəy Əl-Yəum: TŞ-dəki uğursuzluq Trampa acı şillə idi

"ABŞ-ın anti-İran qətnaməsinin Təhlükəsizlik Şurasında fiaskoya uğraması bu ölkənin təhqir olunması və Vaşinqtonun TŞ-dəki ağalığının sonu idi"

Səhər Azəri bildirir ki, bunu Rəy Əl-Yəum qəzetinin baş redaktoru öz məqaləsində yazıb. 

Əbdülbari Ətvan yazır: "İrana silah satışına qadağanın müddətinin uzadılmasına dair qətnamənin Təhlükəsizlik Şurasında fiaskoya uğraması ABŞ prezidenti Donald Trampın təhqir olunması və acı bir şillə sayılır."

"Önəmli olan məsələ sadəcə bir ölkənin, Dominikan Respublikasının bu qətnamənin lehinə səs verməsi idi. 11 ölkə o cümlədən Tunis bu qətnaməyə bitərəf səs verdilər. Çin və Rusiya isə qətnamənin əleyhinə səs verdilər." deyə Ətvan bildirib. 

Məqalənin davamında deyilir: Bu acı şillənin önəmi ABŞ ilə avropalı müttəfiqləri o cümlədən İngiltərə, Fransa və Almaniya arasındakı fikir ayrılıqlarının nə dərəcədə dərin olduğunu üzə çıxartması idi. Bu ölkələr anti-İran qətnaməyə bitərəf səs verməklə Vaşinqtonun TŞ-dəki ağalıq dövrünün başa çatdığını rəsmən elan etmiş oldular. 

 

Teqlər