Tunis xalqı sionist rejimin bayrağını yandırıb + video
Tunis xalqı Əmirliklərin səfirliyi qarşısına toplaşaraq, etiraz aksiyası keçirib və sionist rejimin bayrağını yandırıb.
SəhərAzəri xəbər verir, Tunisin vətəndaş qüvvələri, icmalar və partiyaları Əmirliklərin bu ölkənin paytaxtı Tunis şəhərindəki səfirliyi qarşısında piket keçiriblər və BƏƏ-nin səfirinin bu ölkədən qovulmasını tələb ediblər. Etirazçılar Fələstin bayrağını dalğalandıraraq, sionist rejiminin bayrağını və BƏƏ-nin vəliəhdi Məhəmməd Bin Zaidin şəkillərini tapdalayandan sonra yandırıblar. Nümayişçilər "Ay satqın dövlət, Fələstin satılıq deyil" və "Bin Zaid rüsvayçılıq simvoludur, o, Qüdsü dollara satıb" kimi şüarlar da səsləndiriblər.
Onlar, həmçinin Tunis prezidentini Qüdsü işğal edən rejimlə münasibətlərin normallaşdırılması qarşısında qətiyyətli mövqe sərgiləməyə çağırıblar.