Kabildə partlayış, ölən və yaralananlar var
https://azeri.sahartv.ir/news/dünya-i366319-kabildə_partlayış_ölən_və_yaralananlar_var
Kabildə baş vermiş 3 partlayışda 5 nəfərin öldüyü və yaralandığı bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2020 07:09 Asia/Baku
  • Kabildə partlayış, ölən və yaralananlar var

Kabildə baş vermiş 3 partlayışda 5 nəfərin öldüyü və yaralandığı bildirilir.

Səhər Azəri bildirir ki, bu barədə Əfqanıstanın təhlükəsizlik qaynaqları məlumat veriblər. 

Bu məlumata görə, bu gün səhər Əfqanıstanın paytaxtı Kabil şəhərində ayrı-ayrı nöqtələrdə 3 partlayış baş verib. Nəticədə 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb. 

Kabil polisinin mətbuat katibi Firdovs Fəramərz ilk partlayışın Kabilin 7-ci rayonunda baş verdiyini bildirib. Bu hadisədə bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı deyilir. 

İkinci partlayışın hədəfi isə polis maşını olub. Nəticədə 2 polis əməkdaşı xəsarət alıb. 

Üçüncü partlayış nəticəsində isə xəsarət alan olmayıb.