Avq 22, 2020 15:26 Asia/Baku
  • Kabildə ardıcıl partlayışlar baş verib

Əfqanıstanın paytaxtı- Kabilin bir hissəsində üç maqnetik mina partlayışı baş verib.

Səhər Azəri bildirir ki, Kabil polisinin sözçüsü Ferdous Fəramərz verdiyi açıqlamada deyib: Bu üç partlayış bu gün səhər şəhərin yeddinci və on beşinci dairələrində iki ədəd polis avtomobilinin hərəkəti yolunda baş verib. Nəticədə azı bir nəfər ölüb, üç nəfər isə yaralanıbdır.

Son zamanlar Kabildə maqnetik mina partlayışları çoxalıbdır.

Ötən bir neçə gün ərzində Kabil şəhəri müxtəlif partlayışların şahidi olub. Bu partlayışlarda onlarla nəfər ölüb və yaralanıbdır. Həm Taliban, həm də İŞİD terror qrupu partlayışların məsuliyyətini qəbul ediblər.

Əfqanıstan paytaxtında bu kimi partlayışlar sülhə və savaşın bitməsinə bədbin olan yerli əhalinin təşvişinə səbəb olubdur.

Onlar bu qənaətdədirlər ki, amerikalı hərbçiləri bu ölkədən çıxmayınca, Əfqanıstanda sülh mümkün olmayacaqdır.

Teqlər