Avq 24, 2020 15:49 Asia/Baku
  • Cənubi Koreyada

Cənubi Koreyada güclü leysan və daşqınlarla əlaqədar 20 şəhər və rayon, eləcə də 36 kiçik yaşayış məntəqəsi “xüsusi təbii fəlakət zonası” elan edilib.

Səhər Azəri bildirir ki, Cənubi Koreyada güclü leysan və daşqınlarla əlaqədar bəzi şəhər və rayonların "xüsusi təbii fəlakət zonası" elan edilməsinə dair müvafiq qərarı ölkə prezidenti Mun Çje İn imzalayıb.

Avqustun əvvəlində ölkənin 18 regionu “xüsusi təbii fəlakət zonası” elan edilmişdi.

Bu il rekord müddətdə - 54 gün davam etmiş yağıntı mövsümündə 30-dan çox şəxs həlak olub, minlərlə sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdı.

Meteoroloqların məlumatına əsasən, hazırda yarımadaya “Bavi” qasırğası yaxınlaşır.

Teqlər