İmaməli Rəhman yenidən prezidentliyə namizədliyini irəli sürəcək
Avq 27, 2020 13:03 Asia/Baku
Tacikistanın hazırkı prezidenti yenidən bu ölkə prezidentliyinə namizədliyini iləri sürəcəyini açıqlayıb.
SəhərAzəri xəbər verir, 28 il Tacikistan prezidenti olmuş 68 yaşlı İmaməli Rəhman cari ilin 11 oktyabr tarixində keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürəcəyini elan etməklə hökumətdən getməsi ilə bağlı fərziyyələrə son qoyub.
Rəhman Tacikistanın son dörd prezident seçkilərində bu ölkənin prezidenti seçilib.
İndiyədək, Müstəqil Həmkarlar İttifaqları Federasiyası və daha dörd siyasi partiya Tacikistanın prezident seçkilərində iştirak etmək üçün öz namizədlərini təqdim ediblər.