Avq 29, 2020 16:02 Asia/Baku
  • Daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatdı

Əfqanıstanın ən azı 10 əyalətini əhatə edən daşqınlar nəticəsində ölənlərin ümumi sayı 160-a yüksəlib, ən azı 250 nəfər yaralanıb.

Səhər Azəri bildirir ki, bu barədə şənbə günü Əfqanıstanın Təbii Fəlakətlərin Aradan Qaldırılması Nazirliyi məlumat yayıb.

Məlumata əsasən ən böyük zərər Pərvan vilayətinə dəyib – 116 ölü, 130 yaralı. Daşqınlar həmçinin Vardak, Qəzni, Kapisa, Kabul, Laqman, Loqar, Nanqarhar, Nuristan, Paktika, Paktiya, Pəncşər və Host vilayətlərində də qeydə alınıb.

 

Teqlər