Avq 31, 2020 15:38 Asia/Baku
  • Mustafa Ədib Livanın baş naziri seçildi

Mustafa Ədib lazım olan miqdarda səs toplayaraq, Livanın baş naziri seçilib.

Səhər Azəri bildirir ki, Mustafa Ədib 73 lehinə səslə baş nazir seçilib.

Bu məlumata görə, Livan prezidenti Mişel Oun baş nazir seçilməsindən sonra Mustafa Ədibdən Nazirlər Kabinetini təşkil etməsini istəyib. 

Əl-Məyadin informasiya kanalı Mustafa Ədibin baş nazir seçildikdən dərhal sonra prezident Mişel Oun və parlament sədri Nəbih Berri ilə görüşmək üçün prezident sarayına getməsindən xəbər verib. 

Mustafa Ədib baş nazir seçildikdən sonra Nazirlər Kabinetini tez bir zamanda təşkil edəcəyi və islahatlara başlayacağını deyib. 

Teqlər