Əbu-Dəbi və Dubayda güclü partlayışlar baş verib
https://azeri.sahartv.ir/news/dünya-i366684-Əbu_dəbi_və_dubayda_güclü_partlayışlar_baş_verib
Birləşmiş Ərəb Əmirliklərində bir gündə iki partlayış törədilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2020 11:14 Asia/Baku
  • Əbu-Dəbi və Dubayda güclü partlayışlar baş verib

Birləşmiş Ərəb Əmirliklərində bir gündə iki partlayış törədilib.

Səhər Azəri bildirir ki, bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbidə törədilən partlayışın ardınca Dubay da güclü partlayışın şahidi olub. 

İlk partlayış Əbu-Dəbidə bir restoranda baş verib. 

"KFC" restoranlarından birində baş verən partlayışda çoxlu sayda insanın xəsarət aldığı bildirilir. 

Bu hadisədən təqribən bir saat sonra isə bu dəfə Dubay partlayışın şahidi olub. 

Hadisə qaz balonunun partlaması nəticəsində baş verib. Bir nəfərin öldüyü bildirilir. 

Əbu-Dəbidə restoranda baş vermiş partlayışa da qaz sızmasının səbəb olduğu deyilir.