Sen 01, 2020 15:20 Asia/Baku
  • Oklend etirazçıları

Oklend şəhərində anti-rasizm aksiyaçıları bu şəhərin küçələrinə axışaraq, "Amerikaya ölüm" şüarı səsləndiriblər.

SəhərAzəri xəbər verir, ABŞ-ın müxtəlif şəhərlərində anti-rasizm etirazlarının davam etməsi ilə solçu "Antifa" hərəkatının tərəfdarları Kaliforniya ştatının Oklend şəhərində kütləvi aksiyalar keçirərək, "Amerikaya ölüm" şüarları səsləndiriblər.

Bu elə bir haldadır ki, ABŞ prezidenti Donald Tramp "Qaraların Həyatı Vacibdir" adlı bərabərsizlik və polisin irqi zorakılığı ilə mübarizə hərəkatını qınayaraq, bu hərəkatın Marksist bir təşkilat və hamının ziyanına olduğunu bəyan edib.

Son zamanlar Viskonsin ştatının Kenoşa şəhərində ABŞ polisinin bir qaradərili vətəndaşa qarşı atəş açması nəticəsində, bu şəhər, həmçinin Oreqan ştatının Portlend şəhərində anti-rasizm aksiyaları yenidən şiddətlənib.

Eyni zamanda Tramp etirazları yatırmaq üçün Milli Qvardiya qüvvələrini Kenoşa şəhərinə göndərməyə dair qərarını açıqlayıb.

Trampın bu gün baxış keçirmək məqsədilə Kenoşa şəhərinə səfəri planlaşdırılıb, Lakin Viskonsin ştatının rəsmiləri kütləvi etirazlar əsnasında bu səfərdən narahatlıq ifadə edib və Trampı planlarını yenidən nəzərdən keçirməyə çağırıblar.

Teqlər