Avstriyada Türkiyə casusu həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i366747-avstriyada_türkiyə_casusu_həbs_olunub
Avstriyanın daxili işlər naziri Türkiyə casusunun həbs olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2020 04:04 Asia/Baku
  • Avstriyada Türkiyə casusu həbs olunub

Avstriyanın daxili işlər naziri Türkiyə casusunun həbs olunmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Karl Nehammer dünən bildirib ki, ölkəsi, Türkiyənin kəşfiyyat təşkilatı üçün casusluğunu etiraf edən şəxsi mühakimə edəcək və hazırda məsul şəxslər bu şəxsin casusluq fəaliyyətlərinin daha artıq öyrənilməsi barədə təhqiqatlar aparırlar.

Nehammerin sözlərinə görə, bu şəxslərdən biri qeyd edibdir ki, Türkiyə kəşfiyyat təşkilatı onu Türkiyə vətəndaşları və ya türk mənşəli avstriyalılar barədə casusluq etmək üçün cəzb edibdir ki, onların haqqında bu ölkənin təhlükəsizlik təşkilatlarına məlumatlar vermiş olsun.