Sen 02, 2020 08:43 Asia/Baku
  • Tramp Viskansin etirazlarını «daxili terrorizm» adlandırıb

ABŞ prezidenti öz iddiasında Viskansin ştatındakı ardıcıl etirazlar və çaxnaşmaları «daxili terrorizm» adlandırıbdır.

SəhərAzəri xəbər verir, Viskansin ştatı və Kenoşa şəhəri başçılarının müxalifətlərinə rəğmən, çərşənbə günü səhərçağı oraya səfər etmiş Donald Tramp yenə də demokratları bu ştatda rasizmə qarşı zorakı etirazları himayə etməkdə ittiham edib.

Tramp həmçinin onun etirazları yatırmaq üçün federal qüvvələrin göndərilməsi üzrə təklifini rədd etdiklərinə görə, Viskansin ştatının demokrat başçılarını tənqid edibdir.

Amerika prezidenti bu etirazlarda öz tərəfdarlarının zorakı rəftarlarını himayə etməklə yanaşı, polis tərəfindən hədəfə alınması yeni etiraz dalğalarına səbəb olan qaradərili Cakob Blekin adına işarə etməyibdir.

Tramp demokratlara ittiham vurmasının davamında deyib: Əgər bu partiyanı 2020-ci il noyabr prezident seçkilərinə namizədi Co Bayden qalib gələrsə, bu ölkənin bütün şəhərlərini qiyamlar bürüyəcəkdir.

Trampın Kenoşa şəhərinə səfəri xəbərinin elan olunması bu şəhər əhalisinin hiddət alovunun şölələnməsinə səbəb olubdur.

Kenoşa şəhərinin polis qüvvələri avqustun 23-də Bleki öz övladlarının gözləri önündə gülləbaran etdilər.

Blekin ailəsi bildiribdir ki, övladları polis qüvvələri tərəfindən yeddi dəfə bel nahiyəsindən hədəfə alınıb. Bu da onun iflic olmasına bais olubdur.

Amerikanın digər şəhərləri də son həftələr anti-rasizm aksiyalarının şahidi olublar.

Teqlər