ABŞ Ş.Koreyanın yeni addımından nigarandır
ABŞ-ın kəşfiyyat rəsmiləri Pxenyanın yeni qitələrarası raket təqdim etməsi ehtimalından nigarandırlar.
SəhərAzəri xəbər verir, Ağ Ev-in baş ekspertləri və ABŞ kəşfiyyatının bir neçə məsul şəxsi bu ölkədə çıxan «The National Interest» jurnalı ilə müsahibədə Şimaili Koreyanın oktyabrın onunda keçirilən illik parad mərasimində özünün bərk yanacaqla işləyən qitələrarası raketini təqdim etməsi ehtimalından nigaran olduqlarını ifadə ediblər.
Bərk yanacaqla işləyən qitələrarası raketin təqdimatı, Pxenyanın raket texnologiyasında bir «nəsil dəyişməsi» demək olacaqdır. Zira bu ölkənin hazırkı uzaq mənzilli raketləri maye yanacaqdan istifadə edirlər.
Bundan öncə medialar Şimali Koreyanın yeni raketlərini izləmək üçün Amerika və Yaponiyanın casusluq peyklərinin düzəldilməsində birgə addım atmalarından xəbər vermişdilər.
Amerika və müttəfiqləri daima Şimali Koreyanın hərbi və nüvə sınaqlarının dayandırılmasını tələb edirlər. Pxenyan da öz növbəsində dəfələrlə vurğulayıbdır ki, Amerika və müttəfiqlərinin Şimali Koreyaya qarşı təhdidlərini davam etdirəcəkləri zamanadək bu ölkə də özünün qabaqlayıcı hücum qüdrəti və hərbi bacarığını gücləndirməyi davam etdirəcəkdir.