Sen 03, 2020 19:14 Asia/Baku
  • Tramp ABŞ-da çaxnaşmalı şəhərlərin büdcəsini kəsib

Amerika prezidenti bu ölkədəki bir neçə çaxnaşmalı şəhərin büdcəsinin kəsilməsi haqda göstəriş verib.

SəhərAzəri xəbər verir, Donald Tramp bir fərman imzalayaraq, Nyu-Yorkun və üç digər şəhərin büdcəsinin kəsilməsinə göstəriş verib.

Tramp iddia edibdir ki, bu şəhərlərin məsul şəxsləri etirazçılara qanuna zidd hərəkətlər etmək icazəsi veriblər.

Trampın göstərişi ilə bu şəhərlərdə polisin büdcəsi də azalacaqdır.

Amerika prezidenti çərşənbə günü beş səhifəlik bir fərman imzalayaraq, göstəriş verdi ki, Amerika federal hökumətinin bütün qurumları, yenidən nəzərdən keçirilə biləcək idarəetmə və büdcə detalları barədə Ağ Ev-ə məlumatlar təqdim etməlidirlər.Bu məlumata görə, Nyu-York, Portlend və hətta Vaşinqton şəhərləri Trampın fərmanının ilkin hədəflərindəndir.

Teqlər