Sen 04, 2020 09:01 Asia/Baku
  • Milyonlarla amerikalı kirayənişin evini boşaltmalıdır

Milyonlarla amerikalı kirayənişin öz kirayəsini ödəyə bilmədiyinə görə, tutduğu evi boşaltmaq barədə bildiriş alıbdır.

SəhərAzəri xəbər verir ki, CNN telekanalı cümə axşamı günü bir reportajda bildiribdir ki, Amerikada koronavirus böhranına və bu ölkə konqresində işsiz və kirayənişin ailələrə iqtisadi yardım bağlaması barədə qərarın qəbul edilməsi üstündəki fikir ayrılıqlarına görə, milyonlarla nəfərin işsiz qalması səbəb olubdur ki, bir çox amerikalı kirayənişin tutduğu mənzilin kirayəsini vaxtında ödəyə bilməsin. Bu da ev sahiblərinin onlardan şikayət etmələrinə bais olubdur.

Mənzilin boşaldılması üzrə qanuni möhlət bir çox amerikalı kirayənişin üçün başa çatıbdır.

ABŞ-ın Vermont ştatından olan senator Berni Senders bildirmişdi ki, hazırda qırx milyon amerikalı evsiz qalmaq təhlükəsi ilə üzləşir.

Amerika iqtisadiyyatı koronavirus pandemiyası dövründə kəskin böhranla üzləşibdir.

Teqlər