Sen 04, 2020 17:12 Asia/Baku
  • ABŞ-da anti-rasizm etirazları yenidən alovlanıb

Vaşinqtonda digər bir qaradərilinin öldürülməsi ABŞ paytaxtında və bu ölkənin bəzi digər şəhərlərində etiraz odunu alovlandırıb.

SəhərAzəri xəbər verir, «Vaşinqton DC» polisi dünən xüsusi kamera vasitəsilə çəkilmiş təsvirlər yayıb. Bu təsvirlərdə polisin Vaşinqtonun cənub-şərqində qaradərili bir gəncə atəş açması görünür ki, bu məsələ də şəhərdə etiraz dalğasının formalaşmasına səbəb olubdur.

18 yaşlı Deon Keyin öldürülməsilə Vaşinqton merinin evi və polis mərkəzindən kənarda etirazlar başlanıb.

Bu məlumata görə, onlarla etirazçı gecə vaxtı polis mərkəzindən kənarda polis qüvvələri ilə toqquşubdur.

Teqlər