Rasizmə etiraz edənlər mühakimə olunacaqlar
https://azeri.sahartv.ir/news/dünya-i366872-rasizmə_etiraz_edənlər_mühakimə_olunacaqlar
ABŞ prezidenti bu ölkədə irqçiliyə etiraz edənləri xuliqan adlandırıb və bildirib ki, etirazlarda həbs olunmuş 400 nəfər mühakimə olunacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2020 13:10 Asia/Baku
  • Rasizmə etiraz edənlər mühakimə olunacaqlar

ABŞ prezidenti bu ölkədə irqçiliyə etiraz edənləri xuliqan adlandırıb və bildirib ki, etirazlarda həbs olunmuş 400 nəfər mühakimə olunacaqdır.

SəhərAzəri xəbər verir, Amerika prezidenti Donald Tramp bu ölkənin Kaliforniya ştatının Latrob şəhərinə daxil olarkən, qarşıdakı prezident seçkilərində ona rəqib olan demokrat Co Baydeni tənqid edərək, bu ölkədəki ədalətsizliyə və rasizmə etiraz edənləri bir ovuc xuliqan adlandırıb.

Amerikanın polis və təhlükəsizlik qüvvələri bu ölkənin prezidenti Donald Trampın göstərişi ilə etirazçılara divan tuturlar.

Ötən həftələrdə Amerikada keçrilən etiraz aksiyalarında minlərlə nəfər yaralanıb və ya həbs olunubdur.