Şimali Koreyada tufan yerli rəsmiləri vurdu
Tufana görə onlarla rəsmi cəzalandırıldı - Şimali Koreyada
Şimali Koreya hökuməti əhalinin tufan qarşısında müdafiəsini təmin edə bilmədiyi üçün onlarla yerli rəsmini cəzalandırır.
Səhər Azəri bildirir ki, Şimali Koreyada sel və daşqınlara səbəb olan "Maysak" tufanı ciddi zərər və ziyanlara səbəb olub.
Bu məlumata görə, çoxlu sayda ev və əkin sahələrini yararsız hala salan tufan insan tələfatına da yol açıb. Bunu nəzərə alaraq ölkə rəhbərliyi tufan qarşısında əhalinin təhlükəsizliyinin təmin edilməsində səhlənkarlığa və qüsura yol verən yerli rəsmiləri cəzalandırmaq qərarına gəlib.
Şimali Koreya hökuməti öncədən lazımi tapşırıqların verilməsinə baxmayaraq, yerli rəsmilərin əhalinin təhlükəsiz məntəqələrə köçürülməsi və sığınacaqlarla təmin edilməsində səhlənkarlığa yol verdiklərini buna görə də cəzalandırılmalı olduqlarını bildirib.