Sen 06, 2020 08:42 Asia/Baku
  • Belqradda atışma; ölən və yaralananlar var

Serbiyanın paytaxtı Belqradda baş vermiş silahlı insident zamanı bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Səhər Azəri bildir ki, bu barədə Serbiyanın milli televiziyası “RTS”-də məlumat yayılıb.

Silahlı insident Vojdovas rayonunda baş verib. Hücumu həyata keçirən şəxslər iki nəfəri ağır yaralayıb, həmin şəxslərdən biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis insidentdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onların əməliyyat planı nəticəsində tutulduqları bildirilir.

“Tanyug” xəbər agentliyinin verdiyi məlumata görə, atışma “Srvena Zvezda” stadionu yaxınlığında baş verib. Yaralanan 21 yaşlı gənc bir neçə dəfə narkotika alveri, polisə müqavimət və oğurluq əməlləri üzrə mühakimə olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Teqlər