Sen 06, 2020 12:00 Asia/Baku
  • Tramp hökumətinin irqçilik əleyhinə etirazlara münasibəti zorakılığa əsaslanır

Birləşmiş Ştatlarda irqçilik əleyhinə etirazlar əsasən sivil xarakter daşısa da, Tramp hökumətinin etirazlara münasibəti zorakılıq və gücdən istifadəyə əsaslanır.

Səhər Azəri bildirir ki, bu barədə İngiltərədə çıxan Qardiyan qəzeti məlumat dərc edib. 

Qardiyan qəzeti ABŞ-da siyasi aqressivliklərin araşdırılması mərkəzinin hesabatına istinadla yazır: Cari ildə Amerikada "Qaradərililərin həyatı dəyərlidir" adı altında keçirilən etiraz aksiyaları əsasən sivil xarakterə malik olub. Belə ki, bu etiraz aksiyalarının 93%-i tamamilə dinc şəraitdə baş tutub, xəsarət alan olmayıb və hansısa ümumi və fərdi əmlaka zərər dəyməyib. 

ABŞ-da siyasi aqressivliyin araşdırılması mərkəzinin hesabatında deyilir: Bu etiraz aksiyaları damamilə dinc xarakter daşısa da, Tramp hökuməti irqçilik əleyhinə etiraz aksiyalarına münasibətdə gücdən istifadə və aqressivliyə üstünlük verir. 

Teqlər