NATO Rusiyaya qarşı raket hücumlarını məşq etməkdədir
https://azeri.sahartv.ir/news/dünya-i366997-nato_rusiyaya_qarşı_raket_hücumlarını_məşq_etməkdədir
Rusiyanın müdafiə naziri bildirib ki, NATO ölkələri Rusiya ərazisinə qarşı raket hücumlarını simulyasiya etməkdədirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2020 03:58 Asia/Baku
  • NATO Rusiyaya qarşı raket hücumlarını məşq etməkdədir

Rusiyanın müdafiə naziri bildirib ki, NATO ölkələri Rusiya ərazisinə qarşı raket hücumlarını simulyasiya etməkdədirlər.

SəhərAzəri xəbər verir, Sergey Şoyqu belə qeyd edib: Keçmişdə NATO təyyarələrinin uçuşları kəşfiyyat uçuşları ilə məhdudlaşardı, hazırda isə NATO ölkələrinin hava qüvvələri çox sayda təyyarədən istifadə ilə raket hücumları həyata keçirmək üzrə təlimlər keçirməkdədirlər.

Şoyqu həmçinin qeyd edib ki, NATO Qara dəniz bölgəsini hərbiləşdirmək niyyətindədir.

Qara dəniz Rusiya ilə Qərbin əsas qarşıdurma meydanıdır.

Şimali Atlantika Bloku- NATO-nun dəniz bölmələri davamlı şəkildə Qara dənizdə iştirak edirlər və hər il Gürcüstan və Ukrayna sahillərində hərbi təlimlər keçirirlər ki, onda Rusiya, yekun düşmən kimi qələmə verilir.

NATO son illər «Moskvanın Qərbə qarşı təhdidləri» bəhanəsilə Rusiya ərazisinin yaxınlığında və bu ölkə ilə həmsərhəd bölgələrdə geniş iştiraka malik olubdur.