Kabil partlayışında ölənlərin sayı artıb
https://azeri.sahartv.ir/news/dünya-i367046-kabil_partlayışında_ölənlərin_sayı_artıb
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehi və onu müşayiət edən heyəti aparan avtomobil karvanına qarşı hücumda ölənlərin sayı on nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2020 10:07 Asia/Baku
  • Kabil partlayışında ölənlərin sayı artıb

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehi və onu müşayiət edən heyəti aparan avtomobil karvanına qarşı hücumda ölənlərin sayı on nəfərə çatıb.

SəhərAzəri xəbər verir ki, Əfqanıstan daxili işlər nazirliyi bildirib ki, çərşənbə günü paytaxt Kabilin 4-cü təhlükəsizlik bölgəsində Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehi və onu müşayiət edən heyəti aparan avtomobil karvanının yolunda bir bomba partlayıb. Nəticədə on nəfər ölüb, on beş nəfər, o sıradan bir neçə cangüdən yaralanıbdır.

Bundan öncə iki nəfərin öldüyü, on iki nəfərin isə yaralandığı bildirilmişdi.

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh bu terror hücumundan salamat qurtarıbdır.

İndiyədək bir şəxs və ya qrup bu terror hücumunun məsuliyyətini üzərinə götürməyibdir.