Sen 09, 2020 16:37 Asia/Baku
  • Serbiya İsraildəki səfirliyini Qüdsə köçürməyin şərtini açıqlayıb

Serbiya İsrailin Kosovonu tanıyacağı təqdirdə Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyəcəyini bildirib.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir, bu barədə Serbiyanın hökumət mənbələri açıqlama veriblər.

Serbiya rəsmi mənbələri bildiriblər ki, sionist rejim Kosovo Respublikasını tanıyarsa rəsmi Təl-Əvivlə rəsmi Belqrad arasında əlaqələr gərginləşəcək.

Əlavə edilib ki, bu addımın mənfi nəticələrindən biri də Təl-Əvivdəki Serbiya səfirliyinin Qüdsə köçürlülməməsi olacaq.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə ötən həftə Ağ Evdə Kosovo və Serbiya arasında ilkin üçtərəfli anlaşma baş tutub. ABŞ prezidenti bildirib ki, hər iki ölkə İsraildə səfirlik açacaq və ya buradakı səfirliyini Qüdsə köçürəcəklər.

Teqlər