Sen 11, 2020 09:08 Asia/Baku
  • Tramp onu necə qoruyub?

ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı ABŞ Konqresinin araşdırmalarından qoruyub.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə amerikalı jurnalist Robert Vudvard çıxış edib.

Vudvard iddia edib ki, Tramp bu ilin 22 yanvarında keçirdiyi görüşlərdən birində Səudiyyə Ərəbistanı vəliəhdini xilas etdiyini bildirib. Belə ki, o, Konqresin C.Qaşıqçı ilə bağlı araşdırmasının qarşısını alıb və şahzadə Salmanı qoruyub.

Onun sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) cinayətlə bağlı hər şeyi detalına qədər bilir.

Teqlər