Sen 12, 2020 13:08 Asia/Baku
  • İsrail ilə sülh onun işğalçı mahiyyətini dəyişməyəcək

Beynəlxalq Amnistiya Təşkilatı heç bir sülh anlaşmasının İsrailin işğalçılıq mahiyyətini dəyişməyəcəyini bildirib.

Səhər Azəri bildirir ki, Bəhreynin sionist rejim ilə diplomatik əlaqələr quran ərəb ölkələri sırasına qatılmasının ardınca Beynəlxalq Amnistiya Təşkilatı heç bir sülh anlaşmasının bir işğalçı rejim olaraq İsrailin öz mahiyyətini dəyişməsi və Təl-Əvivin işğalçılıq siyasətlərindən əl çəkməsi ilə nəticələnməyəcəyini vurğulayıb. 

Beynəlxalq Amnistiya Təşkilatı Tvitter-də edilən paylaşımda bildirib: İsrail-Fələstin münaqişəsinin həllində ədalətli və davamlı sülhə nail olmaq üçün istiqamətində atılan istənilən addım İsrailin qanunsuz olaraq Fələstin ərazilərində yaşayış massivləri salması siyasətinin durdurulmasına səbəb olmalıdır. 

Bəhreynin dövlət xəbər agentliyi cümə günü bu ölkənin Xarici İşlər Nazirliyinə istinadla ABŞ prezidenti Donald Tramp və Bəhreyn kralı Həməd bin İsa arasında baş tutan telefon danışığında Təl-Əviv ilə Manama arasında diplomatik əlaqələrin qurulmasına dair razılığın əldə olunmasından xəbər verib. 

Teqlər