Sen 12, 2020 17:20 Asia/Baku
  • Qazdoldurma məntəqəsi partladı, ölən və yaralananlar var - Yəməndə

Yəmənin cənubunda qazdoldurma məntəqəsində güclü partlayış baş verib, ölən və yaralananlar var.

Səhər Azəri bildirir ki, Yəmənin cənubunda, Əbyən vilayətinin Batis Həbil Əl-Bərq məntəqəsində qazdoldurma məntəqəsində güclü partlayış baş verib. 

İlkin məlumatlara görə hadisə qazdoldurma məntəqəsində çıxan yanğın nəticəsində baş verib. 

Partlayış nəticəsində ən azı üç nəfərin öldüyü və yaralandığı bildirilir. 

Yəmənin Əbyən vilayəti istefada olan hökumətə bağlı qüvvələrlə Keçid Hökumətinə bağlı qüvvələr arasında toqquşmaların şahididir. 

Teqlər