Sen 13, 2020 17:17 Asia/Baku
  • Minskdə bir qrup qadın etiraz aksiyası keçirib.

Bir qrup qadın Minskdə aksiya keçirərək, son etiraz aksiyaları zamanı həbs olunanların azadlığa buraxılmasını istəyib.

Səhər Azəri bildirir ki, bu gün bazar Belarusun paytaxtı Minskdə bir qrup qadın müxalifətin repressiya edilməsinə etiraz olaraq aksiya keçirib, seçki nəticələrinə etiraz etdikləri üçün saxlanılanların sərbəst buraxılmasını istəyib.

Belarus, prezident seçkilərinin ardınca xalq etirazlarının şahididir. 

Prezident Aleksandr Lukaşenkonun müxalifləri seçkilərdə saxtakarlığa yol verildiyini bildirirlər. 

Belarusda keçirilən prezident seçkilərinin elan olunmuş nəticələrinə əsasən hazırkı prezident Aleksandr Lukaşenko 80.8% səslə yenidən prezident seçilib. Rəqibi Svetlana Tixanovskaya isə cəmi 7% səs toplaya bilib. 

Aleksandr Lukaşenko Qərb dövlətlərinin birbaşa müdaxiləsini və Belarusda rəngli inqilaba nail olmaq istəmələrini kəskin tənqid edib. 

Teqlər