Sen 13, 2020 20:03 Asia/Baku
  • Mavritaniyalılar Fransa məhsullarının boykot edilməsini istədilər

Mavritaniyalılar Fransız "Şarli Ebdo" nəşrinin İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizlik etməsinə etiraz olaraq aksiya keçirib, Fransa məhsullarının boykot edilməsini istəyiblər.

Səhər Azəri bildirir ki, paytaxt Nuakşot şəhərinin came məscidi olan "Əl-Şürəfa" məscidi önündə bir araya gələn müsəlman əhali İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizliyin təkrarlanmasına etiraz edib. 

Aksiya iştirakçıları təhqiramiz karikaturaların İslam Peyğəmbərinin(s.ə.s) məqamına zərrə qədər olsun xələl gətirə bilməyəcəyinə təkid ediblər. Buna rəğmən aksiya iştirakçıları müsəlman ölkə başçılarının sükutunu qəbuledilməz adlandırıblar. 

Qəzəblənmiş mavritaniyalılar Fransa bayrağını yandırıb, müsəlman xalqları Fransa məhsullarını boykot etməyə dəvət ediblər. Həmçinin, müsəlman xalqların öz dövlətlərinə Fransa ilə əlaqələri kəsmələri üçün təzyiq göstərmələrini istəyiblər. 

Fransa prezidenti Emanuel Makron cümə günü bir daha "Şarli Ebdo" nəşrinin İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizliyini müdafiə edib və deyib: Fransa Respublikası ayrıseçkiliyə əsaslanan avantürist hərəkətlərə icazə verməyəcək. 

Şarli Ebdo nəşri çərşənbə axşamı növbəti dəfə olaraq İslam Peyğəmbərinə(s.ə.s) hörtməsizlik edib. 

Fransa din və müqəddəslərə hörmətsizliyi söz azadlığı adı altında müdafiə edir. Halbuki, Fransa Xolokostun inkar edilməsini cinayət tərkibli əməl hesab edir. 

Teqlər