ABŞ-ın Pensilvaniya ştatında etirazçıların repressiyası davam edir
https://azeri.sahartv.ir/news/dünya-i367277-abŞ_ın_pensilvaniya_ştatında_etirazçıların_repressiyası_davam_edir
ABŞ-ın təhlükəsizlik qüvvələri Pensilvaniya ştatının Lankaster şəhərində irqçilik və polis zorakılığı əleyhinə etiraz edənlərə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2020 07:28 Asia/Baku
  • ABŞ-ın Pensilvaniya ştatında etirazçıların repressiyası davam edir

ABŞ-ın təhlükəsizlik qüvvələri Pensilvaniya ştatının Lankaster şəhərində irqçilik və polis zorakılığı əleyhinə etiraz edənlərə hücum ediblər.

SəhərAzəri xəbər verir, ABŞ-ın təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz və digər anti-üsyan təchizatları tətbiq ediblər.

Lankaster şəhərində ABŞ polisinin bir qaradərili gəncə atəş açmasından sonra Pensilvaniya ştatında etirazlar baş qaldırıb.

Lankaster şəhər polisi sentyabrın 13-də Rikardo Munosa adlı 27 yaşlı qaradərili bir gənci atəş açaraq, öldürüblər.

ABŞ-ın müxtəlif şəhərləri 25 may tarixindən etibarən bu ölkə polisinin irqçi davranışlarına qarşı kütləvi aksiyaların şahididir.