ABŞ-in müsəlman nümayəndəsi Trampın irqçi sözlərinə cavab verdi;
İlhan Ömər Trampa müraciət edib: Amerika mənim də ölkəmdir
Minnesota əyalətinin müsəlman nümayəndəsi, Donald Trampın irqçi sözlərinə kəskin reaksiya göstərərək deyib, Amerika mənim də ölkəmdir.
SəhərAzəri Hill Magazinə istinadla xəbər verir, ABŞ-ın Minnesota əyalətinin müsəlman nümayəndəsi "İlhan Ömər", Donald Trampa bir Twitter mesajında belə yazıb: Əvvəla, bu mənim ölkəmdir, və mən sizi dindirən ABŞ Nümayəndələr palatasının üzvüyəm; İkincisi, səkkiz yaşımda vətəndaş müharibəsindən qaçdım, və 8 yaşlı uşaq ölkəni idarə etmir.
ABŞ prezidenti çərşənbə axşamı günü İlhan Ömərə qarşı irqçi çıxışında, onun doğulduğu yeri lağa qoyaraq deyib: Amerika onun ölkəsi deyil.
Tramp Pensilvaniya ştatındakı tərəfdarlarının toplantısında deyib: İlhan Ömər bizə ölkəmizi necə idarə edəcəyimizi izah edir; haradan gəlibsən? Ölkənizdə vəziyyət necədir?
Trump, son bir ildə dəfələrlə Konqresdə Ömərə və digər üç qaradərili qadına qarşı irqçi hücumlara başlayıb.
Trump dəfələrlə xanım Öməri, ümumiyyətlə, ABŞ-ın xarici siyasət strategiyasını və xüsusən Trump administrasiyasını tənqid etdiyi üçün hədəfə alışdı, və keçən il hətta onun ABŞ-a köçdüyü ölkəyə geri dönməsini istədi.
Xanım Ömər 13 yaşında Somalidəki vətəndaş müharibəsindən qaçaraq ABŞ-a sığınıb, və təhsil aldıqdan sonra və bu ölkədə siyasi inkişaf mərhələlərini keçirməkdən sonra, Minnesota əyalətinin seşki məntəqələrindən birinin nümayəndəsi olaraq Nümayəndələr Palatasına daxil olub.