"Rusiya və Fransa XİN Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər"
Sergey Lavrovla Jan-İv Le Drian arasında telefon danışığı olub.
Okt 06, 2020 08:59 Asia/Baku
Rusiya və Xarici İşlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
525-Cİ Qəzetin yaydığı xəbərə görə ,AZƏRTAC Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabrın 5-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Avropa və Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian arasında telefon danışığı olub.
Söhbət zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti ətraflı müzakirə edib, genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.
XİN başçıları gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.