BMT Qarabağdakı döyüşlərin dayandırılmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i368107-bmt_qarabağdakı_döyüşlərin_dayandırılmasını_istəyib
BMT çərşənbə günü gecə bir bəyanatda Qarabağ bölgəsindəki döyüşlərin dərhal dayandırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2020 05:38 Asia/Baku
  • BMT Qarabağdakı döyüşlərin dayandırılmasını istəyib

BMT çərşənbə günü gecə bir bəyanatda Qarabağ bölgəsindəki döyüşlərin dərhal dayandırılmasını istəyib.

SəhərAzəri xəbər verir, BMT bu bəyanatda Azərbaycan Respublikası ilə Ermənistandan istəyibdir ki, Qarabağ bölgəsindəki döyüşləri dərhal dayandıraraq, müzakirələrə başlasınlar.

BMT-nin baş katibi Antonio Quterreş də ötən cümə günü Azərbaycan Respublikası ilə Ermənistan arasındakı çəkişmələrin şiddətlənməsindən təəssüf ifadə edərək, bu iki ölkə arasındakı döyüşlərin dərhal dayandırılmasını istəmişdi.

İndiyədək bir çox ölkə döyüşlərin dayandırılması və Bakı ilə Yerevan arasında danışıqların başlanmasını istəyibdir.

İran İslam Respublikası da tərəfləri döyüşləri dayandırmağa çağırıb və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına təkid edib. Rəsmi Tehran beynəlxalq qanunlar çərçivəsində müzakirələrin başlanmasını istəyibdir.