İmaməli Rahmon prezident seçkilərinin qalibi olub
https://azeri.sahartv.ir/news/dünya-i368272-İmaməli_rahmon_prezident_seçkilərinin_qalibi_olub
Tacikistanda dünən keçirilmiş prezident seçkilərində hazırkı Prezident İmaməli Rahmon qalib olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 12, 2020 08:10 Asia/Baku
  • İmaməli Rahmon prezident seçkilərinin qalibi olub

Tacikistanda dünən keçirilmiş prezident seçkilərində hazırkı Prezident İmaməli Rahmon qalib olub.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.

O qeyd edib ki, ilkin nəticələrə görə İ. Rahmon səslərin 90,92%-ni toplayıb.

Tacikistan Prezidentinin rəqibləri Miroc Abdulloyev, Rüstəm Lətifzoda, Rüstəm Rahmatzoda və Əbdüxəlim Qafforzoda olub.

Xatırladaq ki, İ. Rahmon 1992-ci ildən Tacikistan Respublikasının Prezidentidir.