Okt 18, 2020 11:36 Asia/Baku
  • Vaşinqton qadınları Trampa qarşı çıxıblar

Vaşinqton şəhərinin sakinləri olan qadınlar şənbə günü Amerika prezidenti Donald Trampa qarşı aksiya keçiriblər.

SəhərAzəri xəbər verir, Aksiyaya səbəb, bu ölkənin bünövrəsində kök salmış ABŞ polisinin zorakılığı və rasizm olubdur.

2016-cı ildən və Donald Trampın prezident seçilməsindən sonra «Amerika qadınları hərəkatı» öz fəaliyyətinə başlayıb. Hərəkat hər ilin yanvar ayında aksiya keçirir.

Amma Amerika ali məhkəməsinin hakimi Rut Beyder Ginzburqun ölümü və Trampın Emi Koni Barretti onun yerinə irəli sürməsi ilə bu hərəkat etiraza əl atdı və özünün 2020-ci ildə ikinci aksiyasını keçirdi.

Qeyd edək ki, ötən həftə Amerikanın Viskansin ştatının Milvaki şəhərində keçirilən etirazlarda 28 nəfər həbs olundu. Bu aksiyalar qaradərili yeniyetməni atəşlə qətlə yetirən polis zabitinə bəraətin qazandırılmasına etiraz olaraq keçirilibdir.

Teqlər