Okt 20, 2020 09:09 Asia/Baku
  • Avropa Parlamentinin üzvləri G20 zirvəsini boykot etməyə çağırıblar

Avropa Parlamentinin üzvləri dünya başçıları və Avropa İttifaqı rəsmilərini Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi G20 zirvəsini boykot etməyə çağırırlar

SəhərAzəri xəbər verir, Avropa Parlamentinin 65 üzvü Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula Von Der Leyenə bir məktub ünvanlayaraq, Avropa İttifaqı rəsmilərini və dünya başçılarını, Səudiyyə Ərəbistanın insan haqlarını davamlı və kobud şəkildə pozduğu üçün bu ölkənin gələn ay ev sahibliyi edəcək G20 zirvəsinə qatılmaqdan imtina etməyə çağırıblar. 

Avropa Parlamenti üzvləri məktubda, Səudiyyə Ərəbistanının vətəndaşlarının söz azadlığı və sərbəst toplaşmaq kimi ən təməl hüquqlarını belə pozduğunu və ən vacib insan haqlarını pozan bir ölkəyə dünya başçılarının belə bir əhəmiyyətli iclasına ev sahibliyi etmək icazəsinin verilməməsi zəruriliyini vurğulayıblar.

Bu nümayəndələr məktubda ölkələrində islahatlara çağıran və harada olduğu və taleyi bilinməyən fəalların, hüquqşünasların, jurnalistlərin, yazıçıların və alimlərin həbsinə toxunublar.

Avropa Parlamentinin üzvlərinin dediyinə əsasən, Türkiyənin İstanbul şəhərindəki Səudiyyə konsulluğunun daxilində tənqidçi səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı ədalət təmin edilməyib.

G20 zirvəsinin cari il noyabrın 21-22-i Riyadda keçirilməsi planlaşdırılıb.

Teqlər