Okt 25, 2020 06:57 Asia/Baku
  • Bir qrup Paris müsəlmanı aksiya keçirib

Fransada yaşayan bir qrup müsəlman Parisdə yürüş keçirib. Onlar hər cür ifratçılıq və zorakılığı pisləyiblər.

SəhərAzəri xəbər verir, Fransada yaşayan müsəlman azlığından bir qrupu Samuel Pati adlı fransız müəllimin tədrislə məşğul oluduğu Parisdə yerləşən məktəbə tərəf yürüş keçirib.

Samuel Pati son zamanlar soyuq silahla qətlə yetirilibdir.

Müsəlmanlar da Fransadakı digər təbəqələr kimi bu fransalı müəllimin qətlə yetirilməsini pisləyiblər.

Fransa polisi oktyabrın 16-sı gecə vaxtı bildirdi ki, on səkkiz yaşlı bir çeçen gənc Paris ətrafında bir müəllimə soyuq silahla hücum edərək, onu qətlə yetiribdir.

Samuel Pati dərs zamanı şagirdlərə İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz karikaturaları göstərmişdi.

Fransa hökuməti bu macəra ilə bağlı on beş nəfəri həbs edərək, Parisdəki bir məscidi bağlayıb və ifratçılıq fəaliyyətinə görə, 231 xaricini Fransadan çıxarmaq qərarına gəlibdir.

Müşahidəçilər bu qənaətdədirlər ki, rəsmi Paris bu hadisədən öz islamofob siyasətlərinin icrası üçün bəhrələnir.

Teqlər