Okt 26, 2020 08:56 Asia/Baku
  • Makron bir daha Fransadakı anti-islam bəyanatı dəstəkləyib

Fransa prezidenti bir ərəbcə paylaşdığı bir tvitdə bir daha bu ölkədəki anti-islam bəyanatları dəstəkləyib.

SəhərAzəri xəbər verir, Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda İslam Peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyi ifadə azadlığı kimi dəyərləndirib və bir neçə gün əvvəl fransız bir jurnalda dərc edilən təhqiramiz təsvirləri bir daha dəstəkləyərək, bir tvitdə yazıb: "Heç bir şey bizi geri addım atmağa məcbur edə bilməz".

Ölkəsinin İslam Peyğəmbərinə (s.ə.s) qarşı təhqiramiz karikaturaları bir daha nəşr edəcəyini bəyan edən Fransa prezidentinin bu açıqlamasından sonra "Fransa məhsullarını boykot edin" haştaqı ərəb ölkələrində trendə çevrilib və bir çoxu bu məhsullardan istifadəni qadağan edib.

Bu elə bir haldadır ki, Fransanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, İslam ölkələrini Fransa prezidentinin İslamı təhqir etdiyi üçün bu ölkə məhsullarına qoyulan qadağanı dayandırmağa çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Makronun yanaşmasına və söylədiklərinə kəskin şəkildə reaksiya verib və bir televiziya çıxışında öz fransız həmkarını müsəlmanlara qarşı haqsız davranışına görə, qınayıb və onun psixoterapiyaya ehtiyaclı olduğunu vurğulayıb.

Pakistanın baş naziri İmran Xan da Fransa Prezidentinin son zamanlar İslam peyğəmbərinə (s.ə.s) qarşı təhqiramiz karikaturaların dərc edilməsi ilə bağlı açıqlamalarının müsəlman dünyasının hisslərinə toxunduğunu bəyan edərək, vurğulayıb: "Bu cür ifadələr islamofobiyanı gücləndirəcək və ekstremistlər üçün bir atmosfer yaradacaq."

Həmçinin, Küveyt parlamentinin sədri Mərzuq ƏL-Qanim də bəzi fransız nəşrlərin İslam peyğəmbərinə (s.ə.s) qarşı təhqiramiz təsvirlər dərc etməsinə dair hərəkətini qınayıb və ölkəsinin hökumətini, İslamın əsasları və müsəlmanların müqəddəslərinə qarşı edilən hörmətsizlikləri qınamağa çağırıb.  

Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmmədəli əl-Hüsi də Fransanın İslamı və böyük İslam Peyğəmbərini təhqir etməsinə qarşı rəsmi və kütləvi bir hərəkətə çağırıb.

Bundan əlavə yüzlərlə etirazçı oktyabrın 24-ü axşam saatlarında Fransanın işğal olunmuş Fələstindəki səfirinin iqamətgahı qarşısında Fransa prezidenti Emmanuel Macronun, Həzrət Məhəmməd peyğəmbərə qarşı təhqiramiz karikaturalar barədəki söylədiklərini qşnamaq üçün aksiya keçirib.

Teqlər