Lionda bir kilsənin yaxınlığında atışma baş verib
https://azeri.sahartv.ir/news/dünya-i369096-lionda_bir_kilsənin_yaxınlığında_atışma_baş_verib
Polis rəsmiləri Fransanın Lion şəhərində yerləşən bir kilsənin yaxınlığında atışmanın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2020 06:12 Asia/Baku
  • Lionda bir kilsənin yaxınlığında atışma baş verib

Polis rəsmiləri Fransanın Lion şəhərində yerləşən bir kilsənin yaxınlığında atışmanın baş verməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Fransa polisinin başçıları dünən bildiriblər ki, hadisə, Fransanın neçə gündür, ən yüksək təhlükəsizlik tədbirləri səviyyəsində olduğu və polis qüvvələrinin bu ölkə şəhərlərinə toplaşdıqları bir şəraitdə baş veribdir.

Ötən cümə axşamı günü Fransanın Nitsa şəhərində yerləşən Notterdam kilsəsində bir hücumçunun bıçaqla oradakı insanlara qarşı hücumu nəticəsində üç nəfər ölmüş, bir qrup insan da yaralanmışdı.

Regiondakı politoloqlar bu qənaətdədirlər ki, Fransa prezidenti anti-İslam sözləri və əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı karikaturaların yayılmasını himayə etməsi ilə müsəlmanlarla xristianlar arasında bu fitnənin alovlanmasında ən çox məsuliyyət daşıyır.