Səudiyyə Ərəbistanında Ümrə ziyarətinin üçüncü mərhələsi başlayıb
Koronavirusun yayılmasından sonra Ümrə ziyarətinin üçüncü mərhələsi müxtəlif ölkələrdən gələn zəvvarların iştirakı ilə bütün səhiyyə protokollarına riayət edilərək, başlayıb.
SəhərAzəri Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, mərasim başlamazdan bir neçə saat əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri xaricdən ümrə ziyarətinə gəlməyə qismən icazə verildiyini açıqlayıb.
Koronavirus səbəbindən Ümrə ziyarətinin mart ayından dayandırılmasından sonra bu ilk dəfədir ki, xarici zəvvarlar Ümrə ziyarətində iştirak edə biləcəklər.
Verilən məlumata əsasən, Ümrə ziyarətinin üçüncü mərhələsində Məscidül-Həramda profilaktik tədbirləri nəzərə alınaraq, 20 min zəvvarın və gündəlik 60 min namzqılanın iştirakına icazə verilib.
Qeyd edək ki, Səudiyyə Əərbistanı mart ayından koronavirusun yayılması ilə eyni zamanda beynəlxalq üçüşları dayandıraraq, sərhədlərini xarici vətəndaşların üzərinə başlayıb, Ümrə ziyarətini dayandırmışdı.