Noy 10, 2020 19:21 Asia/Baku
  • İƏT Sionist rejiminin fələstinlilərin evlərini sökməsini qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sionist rejimin fələstinli onlarla ailənin evlərini və obyektlərini dağıdaraq, onları evlərindən didərgin salmasını qınayıb.

SəhərAzəri xəbər verir, Deyerler-ə istinadla xəbər verir, Fələstinin Wafa xəbər agentliyinin verdiyi məlumata görə, İƏT tərəfindən verilən bəyanatda belə qeyd olunub: "Bu fəaliyyət beynəlxalq hüququn və BMT-nin müvafiq qətnamələrinin pozulması olan Fələstin torpaqlarında irqçilik siyasəti, işğal planları və müstəmləkə məskunlaşması (Sionist rejim) çərçivəsində həyata keçirilir".

İƏT Beynəlxalq ictimaiyyəti sionist rejimə Fələstin ərazilərindəki cinayətlərini və sui-istifadələrini dayandırması və Fələstin xalqına beynəlxalq dəstək verməsi üçün təzyiq göstərməsindəki məsuliyyətlərini qəbul etməyə çağırıb və baş verənlərin iki dövlətli ərəb sülh planı və BMT qətnamələri ilə çağırılan hərtərəfli sülh prosesi ilə uyğun olmadığını vurğulayıb.

Bu yaxınlarda Fələstin Azadlıq Təşkilatı (FAT) Sionist rejimin bu il işğal altındakı Qüdsdə yaşayan fələstinlilərin evlərinin sökülməsində misli görünməmiş rekord qırdığını və Sionist rejimin bu ilin əvvəlindən bəri işğal altındakı Qüdsdəki 129 yaşayış məntəqəsini dağıtdığını elan etmişdi.

Teqlər