Noy 11, 2020 17:31 Asia/Baku
  • Fransa anti-İslam mövqeyindən geri çəkilib

Fransanın xarici işlər naziri fransız rəsmilərin anti-İslam mövqelərindən aşkar şəkildə geri çəkilərək, iddia edibdir ki, Fransanın savaşı terrorizm və ekstremist ideologiyalarladır.

SəhərAzəri xəbər verir, Mərakeşdə səfərdə olan Jan-İv Le Drian öz mərakeşli həmkarı Nasir Buritə ilə birgə mətbuat konfransında deyib: Fransanın savaşı onun möhtərəm saydığı İslam dini ilə deyil, terrorizmə və ekstremist ideologiyalara qarşıdır.

Le Drian bidirib ki, Fransa İslama hörmət edir.

Fransa prezidenti Emmanuel Makronun Böyük İslam Peyğəmbəri(s.ə.s)-in müqəddəsliyinə qarşı hörmətsiz təsvirlərin yayılmasının davam etdirilməsinə dəstək istiqamətindəki anti-İslam və hörmətsiz sözləri İslam Dünyasının hiddətinə səbəb olubdur.

Bir çox ölkənin müsəlmanları Makronun mövqeyinə qarşı etirazda Fransa məhsullarını boykot etdilər.

Teqlər