Tramp Vaşinqton aksiyasında iştirak edəcəyini istisna etməyib
https://azeri.sahartv.ir/news/dünya-i369561-tramp_vaşinqton_aksiyasında_iştirak_edəcəyini_istisna_etməyib
ABŞ prezidenti Tvitterdəki paylaşımında "Vaşinqton DC" aksiyalarında tərəfdarlarının arasında olacağı ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2020 11:11 Asia/Baku
  • Tramp Vaşinqton aksiyasında iştirak edəcəyini istisna etməyib

ABŞ prezidenti Tvitterdəki paylaşımında "Vaşinqton DC" aksiyalarında tərəfdarlarının arasında olacağı ehtimalından xəbər verib.

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Tramp bir tvitdə tərəfdarlarının dəstəyini ümidverici adlandırıb və onların "Vaşinqton DC"dəki nümayişlərində iştirak etmək ehtimalından yazıb. 

Tramp öz tvitinin davamında 3 noyabr seçkilərində saxtakarlıqla bağlı iddialarını bir daha təkrarlayıb.

Tramp tərəfdarlarının ABŞ prezident seçkilərinin nəticələrinə etiraz olaraq, keçiriləcək aksiyaları "Milyonluq yürüş, ABŞ-ı bir daha əla et" adlandırılıb və deyilənlərə görə, Vaşinqton şəhərinin mərkəzindən ABŞ-ın Ali Məhkəməsinədək keçiriləcək.