Noy 15, 2020 18:03 Asia/Baku
  • ABŞ-ın iştirakı olmadan iri iqtisadi müqavilə imzalanıb

On beş Asiya-Sakit Okean ölkəsinin rəsmiləri Amerikanın iştirakı olmayan virtual bir yığıncaqda hərtərəfli regional iqtisadi iştirak barədə bir müqavilə imzalayıblar.

SəhərAzəri xəbər verir, Asiya-Sakit Okean regionunun on beş iqtisadiyyatı bu dünyanın ən iri sərbəst ticarət blokunu yaratdı. Çinin himayəsilə təşkil edilən bu müqavilədə Amerikanın heç bir rolu yoxdur, zira bu ölkə həmin qrupdan çıxıbdır.

Müqavilə ASEAN-a üzv on ölkədən, həmçinin Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyadan təşkil olunub. Onun yaradılmasında məqsəd, qarşıdakı illərdə bir çox sahələrdə tariflərin azaldılmasıdır.

Çinin baş naziri Li Ketsyan bu gün Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq Müqaviləsinin imzalanmasını dəstəkləyib. Çoxvektorluluğu dünya iqtisadiyyatı üçün düzgün istiqamət adlandırıb. Qeyd edib ki, Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq Müqaviləsinin imzalanması sərbəst ticarət və çoxvektorluluq üçün bir qələbə hesab olunur.

Teqlər