Noy 16, 2020 15:19 Asia/Baku
  • Makron yenidən İslam müqəddəslərinə qarşı hörmətsizliyi müdafiə edib

Fransa prezidenti bir daha söz azadlığını müdafiə bəhanəsi ilə əziz İslam peyğəmbəri (s.ə.s) haqqında hörmətsiz məzmunların nəşr edilməsini dəstəkləyib.

SəhərAzəri xəbər verir, "Sky News"un məlumatına görə, fransız nəşri "Şarli Ebdo" tərəfindən İslam peyğəmbəri haqqında təhqiramiz karikaturaların dərc edilməsinə görə, dünya müsəlmanlarının qəzəbi səngiməmiş Fransa prezidenti Emmanuel Makron yenidən bu hərəkətləri müdafiə edib.

Makron bir açılamada, təhqiramiz təsvirlər və məzmunlar yaymaqla Həzrət Məhəmmədin (s.ə.s) müqəddəs sahətinə qarşı hörmətsizliyi müdafiə edərək, iddia edib ki, Fransa təkcə xaricdə böhran yaratdığı üçün öz söz azadlığı hüququnu dəyişməyəcək.

Parisdə İslam peyğəmbərinə qarşı hörmətsiz təsvirləri sinifdə nümayiş etdirən bir tarix müəlliminin öldürülməsindən sonra Makron bu cür təsvirlərin nəşr edilməsini dəstəkləyərək, söz azadlığı bəhanəsi ilə ölkəsinin belə hərəkətləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Makronun islamofob açıqlamaları dünya müsəlmanlarının və bütün dünyadakı İslami cəmiyyətlərin rəsmiləri və şəxsiyyətləri tərəfindən geniş şəkildə qınanıb Və Fransa prezidentinin müvəqqəti geri çəkilməsinə səbəb olub.

Teqlər